AFN Transport

Kiraye Masinlar

Peşəkar transport, transfer və kiraye masinlar xidməti ən sərfəli qiymətə







Bütün avtomobillər

Xidmətlər

Kiraye masinlar

Avtomobil kirayəsi və ya beynəlxalq dildə tərcümədə “Rent A Car” bütün dünyada məşhurlaşmış və istifadəçi kütləsi geniş olan bir xidmətdir. Daha çox ilin müəyyən vaxtlarında avtomobillər icarəyə götürülür və bu zamanlar daha çox bayramlar və tətillərə təsadüf edir. Avtomobil icarəyə göürmədən öncə diqqət edilməsi vacib olan bir neçə nüansa diqqət yetirək:

* Avtomobil icarəyə götürmədən öncə sərnişin sayını müəyyən etməli və bununla hansı kuzovda avtomobil seçəcəyinizə qərar verməlisiniz;
* Azyaşlı sərnişinlər üçün uşaq oturacaqlarının Rent A Car şirkəti təklif olunması onların təhlükəsizliyi baxımından olduqca vacibdir;
* Şirkətin təklif etdiyi avtomobil modelləri mütəmadi olaraq texniki baxışdan keçmiş, tam işlək vəziyyətdə, icbari sığortası və kasko sığortası yenilənmiş olmalıdır.

Bütün bu xidmətləri sizin üçün AFN Transport şirkəti təklif edir. İllərdir şəhərimizdə fəaliyyət göstərən və istər transport, istər sürücü xidməti istərsə də korporativ xidməti ilə hər bir müştərinin tələblərinə cavab verən AFN Transport şirkəti müxtəlif kateqoriya və kuzovda avtomobil modellərini sizlərə təklif edir. Sərnişinə premium hissiyat yaşadan və lüks komfortu ilə diqqət çəkən “Biznes” kateqoriyası, daha qənaətcil və münasib qiymətli avtomobil axtaranlar üçün “Ekonom” kateqoriyası, off-road həvəskarları üçün “CUV” kateqoriyası və ölkədaxili turlar və gəzintilər üçün “Transport” kateqoriyası Afntransport.az saytında sizlərə təklif olunur. Bakida kiraye masinlar axtaran müştərilər üçün ən münasib qiymətlər burada təklif olunur. Şəhərimizdə mövcud olan digər Rent A Car şirkətlərindən uzun illər boyu topladığı təcrübəsi və peşəkar kollektivi ilə seçilən AFN Transport şirkəti münasib və sərfəli qiymətləri ilə də sizi məmnun edəcəkdir. Saytımızda təklif etdiyimiz avtomobillərin bütün texniki xüsusiyyətləri, yanacaq sərfiyyatı, istehsal tarixi, sürətlər qutusu, mühərrik həcmi və s. qeyd olunmuşdur və yarana biləcək əlavə suallar üçün saytımızın email bölməsinə sualınızı yazaraq qısa müddət ərzində cavab ala bilərsiniz.

Daha çox

Transport və transfer

Transport və transfer xidməti həm ölkə xaricinə səyahət zamanı həm də ölkə daxili turlar zamanı müştərilərin ən çox axtarış etdiyi xidmət növüdür. Ümumiyyətlə transport xidməti dedikdə ilk düşünülən məqam komfort və təhlükəsizlik olur. Həmçinin uşaqlar üçün xüsusi oturacaqların transport şirkəti tərəfindən təmin olunması da olduqca vacibdir. Bakida rent a car dedikdə ilk olaraq düşünülən şirkətlərdən olan AFN Transport məhz sizin axtardığınız şirkətdir və hər zaman müştəri məmnuniyyəti ilə diqqət çəkir. Artıq 10 ildən uzun bir müddətdir ki, ölkəmizdə fəaliyyət göstərən şirkət avto icare və transport xidməti ilə tanınır. Şəhərimizdə bu xidmətləri təklif edən bir çox şirkət olsa da AFN Transport istər müştəri məmnuniyyəti baxımından istərsə də münasib qiymətləri ilə daha öndədir. Hər zaman daha yaxşı xidməti arzulayan şəxslərin seçimi məhz AFN Transport şirkətidir. Burada Neoplan, Hyundai, Mercedes Benz, İsuzu brendlərinin istehsalı olan son model və komfortlu avtobuslar hər zaman sizin xidmətinizdədir. Müxtəlif zamanlarda kollektiv olaraq və ya ailəvi şəkildə səyahət etməyi düşünürsünüzsə kondisonerlə, günəş şüalarına qarşı xüsusi materiallardan hazırlanmış pərdələrlə, komfortlu oturacaqlarla, televizor və yüksək sürətli internetlə təmin olunmuş avtobuslarımız sizin üçün ən münasib qiymətlərlə AFN Transport şirkəti tərəfindən təklif olunur. Həmçinin ehtiyacdan asılı olaraq şirkətimiz sizə peşəkar sürücü xidməti də təklif edir. Ölkəmizin ecazkar bölgələrinə səyahət planlaşdırırsınızsa bunun üçün ən münasib qiymətli nəqliyyat vasitələrini AFN Transport şirkəti təklif edir. Davamlı olaraq texniki baxışdan keçmiş, icbari və kasko sığorta ilə təmin olunmuş avtobuslarımızla istənilən səyahət komfortlu və rahat keçəcəkdir.

Daha çox

Sürücü ilə kiraye masinlar

Sürücü ilə kiraye masinlar daha çox biznesmenlər və transport xidməti ilə maraqlanan şəxslər tərəfindən internetdə axtarış edilir. Sürücülük bir çoxlarının düşündüyünün əksinə olduqca çətin və məsuliyyətli peşədir. Professional sürücü təcrübəli olmalı, yol hərəkət qaydalarını və eyni zamanda hərəkət edəcəyi marşurt barəsində müəyyən qədər məlumatlı olmalıdır. Əgər xüsusi biznes görüşləri zamanı və ya adi günlərdə münasib qiymətli avtomobil icarəsi ilə birlikdə sürücü xidməti də axtarırsınızsa doğru ünvandasınız. AFN Transport olaraq Rent A Car Bakı deyildikdə ilk düşünülən şirkət olmaqdan qürur duyuruq və bu etimadı yaradan təbiiki yüksək dərəcəli xidmət keyfiyyətimiz və peşəkar sürücü kollektivimizdir. Artıq 10 ildən çoxdur ki, şəhərimizdə icare masinlar, transfer və transport, sürücü xidməti və korporativ xidmət sahələri üzrə sizlərə xidmət göstəririk. Şirkətimiz sizlərə biznes kateqoriyasında tam dolu kompeklasiya ilə təchiz olunmuş, müxtəlif brendlərin və ölkələrin istehsalı olan sedan kuzovlu avtomobilləri təklif edir. 2 zonalı kondisioner və isitmə sistemi, qızdırılan və soyudulan oturacaqlar, xüsusi dəri və ağac materiallarından hazırlanmış interyer dizayn, qəza zamanı dərhal açılan SRS sistemli təhlükəsizlik yastıqları, ABS əyləc sistemi və daha bir çox son texnoloji funksiyalarla təchiz olunmuş bu avtomobillər avtomobildə komfort və rahatlıq axtaran şəxslər üçün ideal seçimdir. Lüks və dəbdəbəni eyni anda hiss edə biləcəyiniz bu avtomobillər ehtiyacdan asılı olaraq sürücü xidməti ilə də təklif olunur. Həmçinin AFN Transport şirkəti olaraq sizlərə Ekonom, CUV, VIP və Transport kateqoriyasında avtomobil modellərini də təklif edirik. Ən münasib Rent A Car Baku qiymetleri ilə hər bir müştəriyə xitab edən AFN Transport üçün ən dəyərli prinsiplərdən olan müştəri məmnuniyyətini sizin də hiss edəcəyinizdən əminik.

Daha çox

Korporativ xidmət

Korporativ xidmət Rent A Car deyildikdə vacib olan xidmət növlərindəndir. Belə ki, ölkəmizdə bir çox icarə maşın və sürücü xidməti təklif edən Rent A Car şirkəti mövcuddur. Lakin sadəcə fərdi olaraq deyil eyni zamanda korporativ olaraq da fəaliyyət göstərən avtomobil icaresi şirkəti axtarırsınızsa bunun üçün ən doğru seçim məhz AFN Transport şirkətidir. Hər zaman müştərilərin ehtiyaclarına uyğun xidmətlər təklif edən AFN Transport şirkəti bir çox qurumlar eləcə də müəssisələr və xüsusi tədbirlər üçün avtomobil icarəsini olduqca münasib qiymətlərlə təklif edir. Siz burada müxtəlif kuzovda və müxtəlif kateqoriyada olan avtomobil və avtobus modellərini korporativ xidmət çərçivəsində icarəyə götürdüyünüz halda müəyyən endirimlər və güzəştlər də sizi gözləyir. Sedan, CUV, Biznes, VIP, Ekonom kateqoriyalarında təklif olunan bu avtomobil modelləri daimi olaraq texniki baxışdan keçmiş, icbari və kasko sığorta ilə təmin olunmuşdur və ehtiyacdan asılı olaraq sürücü xidməti ilə də təklif olunur. Son texnologiya ilə təchiz olunmuş avtomobil modellərimiz və peşəkar sürücü heyətimiz ilə bayram günləri də daxil olmaqla hər zaman sizin xidmətinizdəyik. Rent A Car sahəsində ən münasib qiymətli Korporativ xidmət məhz AFN Transport tərəfindən təklif olunur. Xüsusi günlərdə Almaniya, Yaponiya, Amerika istehsalı olan lüks avtomobillərimizlə diqqət mərkəzində olacağınıza zəmanət veririk. Burada sadəcə qısa sənədləşmə ilə istədiyiniz avtomobili günlük, həftəlik və ya aylıq olaraq icarəyə götürə bilərsiniz. Əgər siz də kiraye masinlar haqqında daha ətraflı məlumat almaq istəyirsinizsə Afntransport.az saytına daxil olaraq qaydalar və şərtlərlə daha ətraflı tanış ola bilər, həmçinin burada kiraye avtomobiller arasından seçim edə bilərsiniz. Yaranacaq istənilən sualla bağlı 24 saat aktiv e-mail ünvanımıza mesaj yaza bilərsiniz.

Daha çox

Üstünlüklərimiz

 

Keyfiyyət, Güvən və Komfort

Arzuladığınız müştəri məmnuniyyəti, ən geniş çeşiddə kiraye masinlar, transferləriniz üçün istədiyiniz rahatlıqda avtobus və minivanlar, daim sizin təhlükəsizliyinizin və komfortunuzun keşiyində duran sürücülər.

 

Korporativ xidmət

Bütün tədbirləriniz və qonaqlarınız üçün kiraye masinlar və transfer qayğısını tam öhdəliyimizə götürürük. Sadəcə bir zənglə bütün tədbirinizi peşəkar komandamıza həvalə edə bilərsiniz.

 

Əlavə avadanlıqlar

Bizim bütün kiraye masinlar və transport nəqliyyat vasitələrimiz sizin istəyinizə uyğun olaraq uşaq oturacağı, gps, videoregistrator və s. kimi cihazlarla təmin oluna bilər. Sizə sadəcə səyəhətinizdən zövq alın.


AFN Transport Haqqında

Səyahət dünyada əksər insanların gündəlik iş stressi və gərginlikdən qurtulmaq üçün planlaşdırdıqları vasitədir. Təbiətə daha yaxın olmaq və qısa müddətlik də olsa, problemlerdən uzaqlaşmaq və yaxınlarımızla, doğmalarımızla daha çox vaxt keçirmək hər birimiz üçün müəyyən periodda vacibdir. Bir çox hallarda səyahət olunacaq ölkə öncədən araşdırılır və bu ölkə ilə bağlı bir çox nüanslar nəzərə alınır. Gedəcəyiniz ölkədə yerləşmə ünvanınız, gəzib-görmək istədiyiniz yerlər qədər burada gəzinti zamanı istifadə edəcəyiniz nəqliyyat vasitələri və ən əsası bələdçi yardımı almaq olduqca vacibdir. Məhz bu səbəbdən dünyanın əksər ölkələrində qısa və ya uzun müddətlik avtomobil icarəsi ilə məşğul olan şirkətlər mövcuddur. Dünyanın hər yerində əksərən turistlərin istifadə etdiyi bu xidmət beynəlxalq dilə tərcümədə “Rent A Car” olaraq tərcümə olunur. Texnologiyanın inkişafı bir çox sahələrdə özünü göstərir və bu inkişaf avtomobillərin icarəsi sahəsində də özünü biruzə verir. Yaxın keçmişdə avtomobil icarəsi üçün bu işlə məşğul olan şirkətlərə birbaşa müraciət etmək lazım gəlirdi. Lakin son bir neçə ildə artıq bu şirkətlər online olaraq müştərilərə öz xidmətlərini təklif edirlər və bu xidmət bəzən sosial media vasitəsilə həyata keçirilsə də əksər hallarda veb saytlar vasitəsilə həyata keçirilir. Şəhərimizdə də kifayət qədər avtomobil icarəsi ilə məşğul olan şirkətlər fəaliyyət göstərir. Müxtəlif şirkətlərin qaydaları və təklif etdikləri xüsusiyyətlər dəyişkənlik göstərsə də nəticə etibarilə bir çox “Rent A Car” şirkətinin prinsipləri və qaydaları bir-birinə bənzəyir. Lakin bu məqamda sual yaranır:
Ən etibarlı avtomobil icarəsi təklif edən şirkət hansıdır?
Qeyd etdiyimiz kimi bir çox avtomobil icarəsi ilə məşğul olan saytlar şəhərimizdə mövcuddur lakin qiymətləri hər bir müştərinin büdcəsinə uyğun və illərin təcrübəsini özündə birləşdirən yeganə şirkət AFN Transport şirkətidir. 10 ildən artıq müddət ərzində şəhərimizdə fəaliyyət göstərən AFN Transport şirkəti avtomobil kirayəsi, transport və transfer, sürücü xidməti və koorporativ xidmət növləri ilə sizlərə maksimal komfortu və rahatlığı vəd edir. Şirkət yaradıldığı ilk ildən etibarən müştəri məmnuniyyəti və keyfiyyətli xidməti ilə kifayət qədər istifadəçi kütləsinə sahib olmağı bacarmışdır. Burada təklif olunan kiraye masinlar dünyaca məşhur avtomobil brendlərinin istehsalı olan və keyfiyyəti ilə dünyada tanınan avtomobillərdir. ABŞ, Yaponiya, Cənubi Koreya, Almaniya istehsalı olan və estetik cəhətdən göz oxşayan avtomobilləri ilə hər bir müştərini məmnun edəcək AFN Transport şirkəti avtomobil icarəsi üçün ən doğru seçimdir. Hyundai, KİA, Chevrolet, Toyota, Ford, Mitsubishi, İsuzu, Mercedes Benz brendlərinin CUV, Sedan, Minivan, Kupe kuzovlarında avtomobilləri ilə səyahət edərkən eyni zamanda komfortunuzu da pozmamış olacaqsınız. Təklif olunan bütün avtomobil modelləri icbari və kasko sığorta ilə təmin olunmuş və mütəmadi olaraq texniki baxımdan keçmişdir. Avtomobildə yarana biləcək istənilən nasazlıq zamanı avtomobilinizin yenisi ilə əvəz olunması, 24 saat yol yardımı xidməti, gülərüz və peşəkar sürücülər və daha bir çox üstünlüyü ilə “Rent A Car Baku” deyildikdə ilk ağla gələn ünvan məhz AFN Transport şirkətidir!

FAQ

Avtomobilin minimum icarə müddəti nə qədər olmalıdır?

AFN Transport şirkəti olaraq son model avtomobil modellərinin minimum 1 (bir) gün olmaq Faq AFN Transport.

Ödəmə şərtləri necədir?

Rent A Car Bakı deyildikdə ilk yada düşən şirkət olaraq sizlərə təklif etdiyimiz avto icare qiymətləri hər bir müştərinin büdcəsinə uyğun olacaq şəkildə müəyyən edilmişdir. İcarəçi şəxs avtomobildən istifadə etdiyi günlər ərzində müəyyən edilmiş icarə haqqını ödəməlidir və sığorta haqqı da bu ödənişə daxildir. Həmçinin yol qəzaları və ya şəxsi qəzalar baş verərsə bu zaman,  öncədən tərəflər arasında razılaşdırılmış məbləğ də icarəçi tərəfindən ödənilməlidir. İcarə haqqı AFN Transport şirkətinə nağd şəkildə və ya bank hesabı vasitəsilə ödənilir.

Sığorta depoziti qoyulurmu və qoyulursa depozit nə qədərdir?

Arenda avtomobil xidməti zamanı öncədən depozit qoyulur və depozit olaraq avtomobilin icarə məbləğinin 20%-i (iyirmi faizi) AFN Transport şirkətinə öncədən ödənilir

Avtonəqliyyat vasitəsini icarəyə götürən şəxsin minimal yaş həddi və sürücülük təcrübəsi nə qədər olmalıdır?

AFN Transport şirkətində avto icare xidməti minimum 23 (iyirmi üç) yaşı tamam olmuş şəxslərə şamil olunur. Minimal sürücülük təcrübəsi isə 2 (iki) il olaraq qəbul edilir.

Avtomobilin yürüşünə məhdudiyyət qoyulurmu və qoyulursa bu hədd nə qədərdir?

Avtomobilin yürüşünə məhdudiyyət qoyulur və bu məhdudiyyət 5.000 (beş min) mil və ya 8.000 (səkkiz min) kilometrdir. Əgər müəyyən olunmuş limit keçilərsə icarəçi şəxs avtonəqliyyat vasitəsinin yağının və hissələrini dəyişdirilməsində məsuliyyət daşıyır.


Testimonials

  • Компания номер один в сфере проката автомобилей в Баку.
    Кирилл Сафонов
    Кирилл Сафонов
  • AFN Transport bu zamana qədər sınadığım ən sərfəli avto icare xidmətidir. Uğurlar.
    İsmayıl Məmmədov
    İsmayıl Məmmədov

Teqlər