Haqqimizda

AFN Transport Haqqında

Səyahət dünyada əksər insanların gündəlik iş stressi və gərginlikdən qurtulmaq üçün planlaşdırdıqları vasitədir. Təbiətə daha yaxın olmaq və qısa müddətlik də olsa, problemlerdən uzaqlaşmaq və yaxınlarımızla, doğmalarımızla daha çox vaxt keçirmək hər birimiz üçün müəyyən periodda vacibdir. Bir çox hallarda səyahət olunacaq ölkə öncədən araşdırılır və bu ölkə ilə bağlı bir çox nüanslar nəzərə alınır. Gedəcəyiniz ölkədə yerləşmə ünvanınız, gəzib-görmək istədiyiniz yerlər qədər burada gəzinti zamanı istifadə edəcəyiniz nəqliyyat vasitələri və ən əsası bələdçi yardımı almaq olduqca vacibdir. Məhz bu səbəbdən dünyanın əksər ölkələrində qısa və ya uzun müddətlik avtomobil icarəsi ilə məşğul olan şirkətlər mövcuddur. Dünyanın hər yerində əksərən turistlərin istifadə etdiyi bu xidmət beynəlxalq dilə tərcümədə “Rent A Car” olaraq tərcümə olunur. Texnologiyanın inkişafı bir çox sahələrdə özünü göstərir və bu inkişaf avtomobillərin icarəsi sahəsində də özünü biruzə verir. Yaxın keçmişdə avtomobil icarəsi üçün bu işlə məşğul olan şirkətlərə birbaşa müraciət etmək lazım gəlirdi. Lakin son bir neçə ildə artıq bu şirkətlər online olaraq müştərilərə öz xidmətlərini təklif edirlər və bu xidmət bəzən sosial media vasitəsilə həyata keçirilsə də əksər hallarda veb saytlar vasitəsilə həyata keçirilir. Şəhərimizdə də kifayət qədər avtomobil icarəsi ilə məşğul olan şirkətlər fəaliyyət göstərir. Müxtəlif şirkətlərin qaydaları və təklif etdikləri xüsusiyyətlər dəyişkənlik göstərsə də nəticə etibarilə bir çox “Rent A Car” şirkətinin prinsipləri və qaydaları bir-birinə bənzəyir. Lakin bu məqamda sual yaranır:
Ən etibarlı avtomobil icarəsi təklif edən şirkət hansıdır?
Qeyd etdiyimiz kimi bir çox avtomobil icarəsi ilə məşğul olan saytlar şəhərimizdə mövcuddur lakin qiymətləri hər bir müştərinin büdcəsinə uyğun və illərin təcrübəsini özündə birləşdirən yeganə şirkət AFN Transport şirkətidir. 10 ildən artıq müddət ərzində şəhərimizdə fəaliyyət göstərən AFN Transport şirkəti avtomobil kirayəsi, transport və transfer, sürücü xidməti və koorporativ xidmət növləri ilə sizlərə maksimal komfortu və rahatlığı vəd edir. Şirkət yaradıldığı ilk ildən etibarən müştəri məmnuniyyəti və keyfiyyətli xidməti ilə kifayət qədər istifadəçi kütləsinə sahib olmağı bacarmışdır. Burada təklif olunan kiraye masinlar dünyaca məşhur avtomobil brendlərinin istehsalı olan və keyfiyyəti ilə dünyada tanınan avtomobillərdir. ABŞ, Yaponiya, Cənubi Koreya, Almaniya istehsalı olan və estetik cəhətdən göz oxşayan avtomobilləri ilə hər bir müştərini məmnun edəcək AFN Transport şirkəti avtomobil icarəsi üçün ən doğru seçimdir. Hyundai, KİA, Chevrolet, Toyota, Ford, Mitsubishi, İsuzu, Mercedes Benz brendlərinin CUV, Sedan, Minivan, Kupe kuzovlarında avtomobilləri ilə səyahət edərkən eyni zamanda komfortunuzu da pozmamış olacaqsınız. Təklif olunan bütün avtomobil modelləri icbari və kasko sığorta ilə təmin olunmuş və mütəmadi olaraq texniki baxımdan keçmişdir. Avtomobildə yarana biləcək istənilən nasazlıq zamanı avtomobilinizin yenisi ilə əvəz olunması, 24 saat yol yardımı xidməti, gülərüz və peşəkar sürücülər və daha bir çox üstünlüyü ilə “Rent A Car Baku” deyildikdə ilk ağla gələn ünvan məhz AFN Transport şirkətidir!