Şərtlər

TƏLƏB OLUNAN SƏNƏDLƏR:
• Pasport və ya Şəxsiyyət Vəsiqəsi
• Sürücülük vəsiqəsi
• Xaricilər üçün – viza və ya immiqrasiya kartı, beynəlxalq sürücülük vəsiqəsi
• Xaricilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə

YAŞ MƏHDUDİYYƏTİ VƏ SÜRÜCÜLÜK TƏCRÜBƏSİ:
• Minimum yaş – 24
• Minimum sürücülük təcrübəsi – 1 il

KİRAYƏYƏ GÖTÜRÜLƏN AVTOMOBİLLƏ BAĞLI ÖHDƏLİKLƏR:
Avtomobil kirayəyə götürülərkən müqavilə bağlamaq əsas şərtdir. Müqavilədə müştərinin imzası, öhdəliklər haqqında məlumatı və müştərinin razılığ üzrə təsdiqi öz əksini tapmalıdır.

Müqavilənin predmeti:
1.1. İcarədar avtomobili icarəçiyə mülkiyyət hüququ ilə müvəqqəti istifadə etmək üçün verir. Avtomobildən istifadə etmək üçün icarədar icarəçiyə müqavilə əsasında müəyyən olunmuş məbləğdə maliyyə ödəyir.
1.2. Tərəfdaşlar avtomobili bu müqavilənin ayrılmaz hissəsi olan təhvil – təslim aktı əsasında təhvil – təslim edirlər.
1.3. Kirayəyə verilən avomobillər müqavilədə tərəfdaşların razılığına əsasən qiymətləndirilirlər.

2. Tərəfdaşların öhdəlikləri:
2.1. İcarədarın öhdəlikləri:
2.1.1. Avtomobil icarəçiyə müqavilənin imzalandığı gün çatdırılır.
2.1.2. İşləmə vəziyyətini yoxlayandan sonra, avtomobil icarəçiyə verilir. Hər ayın sonunda icarədar avtomobilə texniki baxışın yoxlanmasına görə məsulliyyət daşıyır.
2.1.3. Avtomobil tələb olunan sənədlərlə birlikdə icarəçiyə verilir.
2.1.4. Avtomobil qanunun tələblərinə uyğun olaraq sığortalanmalıdır.
2.1.5. Bu müqavilə çərçivəsində icarəçidən öhdəliklərə əməl olunmaq tələb olunur.

2.2. İcarəçinin öhdəlikləri:
2.2.1. Avtomobilin istifadəsi məqsədə uyğun gəlir və bunun istifadəsi üçün müəyyən olunmuş məbləğ icarədara vaxtında ödənməlidir.
2.2.2. Qanuna görə, avtomobilin istifadə olunduğu dövrdə üçüncü tərəfdaş tərəfindən avtomobilin hərəkət mexanizminə və hissələrinə vurulan ziyana görə icarəçi məsuliyyət daşıyır.
2.2.3. Avtomobilin İcarə müqaviləsinin sonunda, icarəçi avtomobili təhvil-təslim aktına əsasən qaytarır.
2.2.4. Əgər avtomobil uzun müddətə kirayəyə verilirsə, bu halda bir aylıq limit beş min mil (8,000 km) olacaq, əgər limit keçilərsə icarəçi nümayəndələrin iştirakı ilə avtomobilin yağının və hissələrinin dəyişməsinə məsuliyyət daşıyır.
2.2.5. İcarəçi müqavilə çərçivəsində olan bütün bu öhdəlikləri qəbul edir.

3. Kirayə haqqı və prosedurları
3.1. İcarəçi avtomobildən istifadə etdiyi üçün hər gün müəyyən edilmiş maliyyəni ödəməlidir. Sığorta da bu qiymətə daxildir.
3.2. Kirayə üçün ödənişdən əlavə, icarəçi yol qəzaları üçün, avtomobilin oğurluğu və şəxsi qəzalarla bağlı da müəyyənləşmiş məbləğdə pul ödəməlidir. Əgər avtomobil zədələnməyibsə, franşiza tam olaraq icarəçiyə qaytarılmalıdır.
3.3. Əgər avtomobil icarədə olan vaxt icarəçi yol hərəkət qaydalarını pozarsa və avtomobili yüksək sürətlə idarə edərsə, müəyyən olunmuş depozit İcarədarda 15 gün qalır.
3.4. Əgər avtomobilin icarəçi tərəfindən gətirilməsi bir saat gecikirsə, bir günlük kirayə haqqının 20% -i, əgər 2 saat gecikərsə kirayə haqının 40%-i, əgər avtomobil 3 saatdan çox gecikərsə kirayə haqqının 60%-ni icarəçi tərəfindən ödənməlidir. Avtomobilin icarəçi tərəfindən 4 saat gecikdirilməsi oğurluq hesab olunur və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən uyğun ölçülər götürülür.
3.5. Kirayə haqqının ödənişi icarədara icarəçi tərəfindən nağd şəklində və ya bank vasitəsilə köçürülür.

4. Xüsusi şərtlər
4.1. İcarəçinin ABC Qrupuna aid olan avomobilləri idarə etməsi üçün 24 yaşı və ən azı bir il üçün etibarlı sürücülük vəsiqəsi olmalıdır.
4.2. Kirayəyə verilən avtomobil icarədarın xəbəri və razılığı olmadan Azərbaycan Respublikasının ərazisindən çıxarıla bilməz.
4.3. İcarəçi tərəfindən yol təhlükəsizlik qaydalarının pozulması və avtomobillərin müvafiq icraçı orqanlar tərəfindən tutulub saxlanması nəticəsində avtomobillər gec qaytarılıbsa icarəçi icarədara bunun müqabilində ödəniş etməlidir.
4.4. İcarəçinin spirtli içkinin və narkotikin təsiri altında icazə verilən sürət həddini keçməsi nəticəsində avtomobil qəsdən və ya biganəlikdən xarab olarsa avtomobilin sığortası ləğv olunacaq. Hər hansı bir qəza baş verdikdə icarəçi avtomobilin yerini dəyişmədən yaxınlıqdakı Polis idarəsinə getməlidir, sonra qəza haqqında təsdiq bildirişi almalı və spirtli içki testindən keçməlidir. Həmçinin sığorta şirkəti ilə əlaqə saxlamalıdır. Əks təqdirdə icarəçi ziyanlarla bağlı kompensasiya ödəməyə məsuliyyət daşıyacaq.
4.5. İcarəçinin günahı olmadan problem olarsa, icarədar avtomobilin akkumulyatorun batareyasının (nadir hallarda əyləcin sürətlər qutusu) və təkərlərin şinlərinin dəyişməsinə məsuliyyət daşıyır. İcarəçi digər təmir və xidmətlərə görə məsuliyyət daşıyır. İcarəçinin günahı üzündən avtomobilin şüşələri (ön, yan, arxa), dayanma siqnalları, şinlər və hər hansı cızıqlar üçün İcarədar məsuliyyət daşımır və bu halda bu müqavilənin 3.2-ci bəndi üzrə İcarəçi öz hesabına zədəni aradan qaldırmalıdır.

5. Qadağalar
5.1. Avtonəqliyyat vasitəsini ovçuluqda, tikintidə, ağır yük daşınmalarında istifadə etmək qadağandır.
5.2. Zəhərli, partlayıcı və digər buna uyğun maddələrin daşınması qadağandır.
5.3. Qeyri-adekvat sürücülük, avtonəqliyyat icarəçisi tərəfindən ictimai asayişin pozulması, bilərəkdən kənar insanlara mane olmaq, cəmiyyətə hörmətsizlik, yol qaydalarını müxtəlif üsullarla pozmaqda davam etmək və s. bütün bunlar qadağandır.
5.4. Avtomobilin konstruksiyasına hər hansı dəyişiklik etmək qadağandır.
5.5. İcarəçi müqavilənin 5-ci maddəsinin müddəalarına əməl etmədikdə bunun üçün müəyyən edilmiş cəriməni ödəyir.

6. Son müddəalar.
6.1. Müqavilənin müddəti tərəfdaşların razılığı ilə müəyyən edilir.
6.2. Bu müqaviləyə tərəfdaşların razılığı ilə əlavə və ya dəyişikliklər etmək mümkündür. Müqavilənin müəyyən edilməsinə 2 saat qalmış tərəfdaşların razılığı ilə elan edilə bilər.
6.3. Tərəfdaşlar arasındakı bütün fikir ayrılıqları, adətən, danışıq yolu ilə həll olunmalıdır, əgər razılıq əldə olunmayıbsa, münaqişə məhkəmə yolu ilə həll edilməlidir.
6.4. Müqavilədə saxlanılmayan bütün vəzifələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə tənzimlənir.
6.5. İcarəçinin sürücülük və şəxsiyyət vəsiqəsinin surəti müqaviləyə əlavə olunmalıdır.
6.6. Müqavilə iki eyni dublikatın olması ilə formalaşır: dublikatın bir nüsxəsi İcarəçiyə verilir, ikinci nüsxəsi isə İcarədarda saxlanılır.